Gənc fizik və gənc kimyaçıların yaradıcılıq müsabiqəsi keçirildi

Bakı şəhəri üzrə Təhsil İdarəsinin 15 noyabr 2017-ci il tarixli 228 və 229 nömrəli əmrlərinə əsasən ümumtəhsil məktəbləri və Uşaq-Gənclər İnkişaf mərkəzlərinin şagirdləri arasında gənc fizik və gənc kimyaçıların yaradıcılıq müsabiqəsi keçirilmişdir. Müsabiqənin 1-ci mərhələsi ümumtəhsil məktəblərində, 2-ci mərhələsi isə Bakı şəhərinin rayonları üzrə 3 nəfərdən ibarət komandalar şəklində təşkil olunmuşdu. Komandaların tərkibi IX, X, XI sinif şagirdlərindən ibarət idi. Binəqədi, Nəsimi rayonları üzrə ümumtəhsil məktəblərinin müsabiqəsinin keçirilməsi 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinə həvalə olunmuşdur. Qalib komandalar Bakı şəhəri üzrə keçiriləcək müsabiqədə iştirak etmək hüququ qazanmışdı.