Seminar həyata keçirildi

                

Bildiyimiz kimi 2017-2018 ci il tədrisin keyfiyyət ili elan edilib.Təlimin keyfiyyətli olması bilavasitə müəllimin bilik bacarıq və fəaliyyətindən asılıdır. Bu gün təhsildə həyata keçirilən islahatların əsas məqsədi tədrisin səmərəliliyinin yüksəldilməsi müəllim - şagird, müəllim - valideyn münasibətlərinin müsbət tərəfə daha da  dərinləşməsidir. Bizim məktəbdə də bu işlə əlaqədar olaraq tədbirlər həyata keçirmək nəzərdə tutulmuşdur.  Dekabrın 1- də tarix metodbirləşmə rəhbəri Əliyeva Ülviyyə tarix dərslərinin tədrisində səmərəliliyin və keyfiyyətin artırılması məqsədi ilə seminar təşkil etmişdir. Seminara kurikulum mərkəzinin üzvü, tarix fəlsəfə elmləri doktoru, V və IX sinif Azərbaycan tarixi dərsliyinin müəlliflərindən biri olan Hüseynova Leyla xanım dəvət olunmuşdur. Leyla xanım müəllimlərə öz tövsiyyələrini bildirmiş, gələcəkdə belə seminarlardan tez -tez təşkil olunmasının vacibliyini vurğulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi