15 SENTYABR BİLİK GÜNÜDÜR

Azərbaycanda 15 sentyabr tarixi Bilik Günu kimi qeyd olunur. Bu gün 2004- cü ilə qədər sentyabrın 1-nə təsadüf edirdi. Lakin prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə həmin gün Bilik Günü kimi qeyd olunub. Bilik Günü məktəb həyatına qədəm basan birincilər üçün səbirsizliklə, sevinc və həyacanla gözlənilən, xüsusi qayğı və məmnuniyyətlə, təntənəli şəkildə qarşılanacaqları bir gündür. Onlar əlifba ilə tanış olub, kitablar oxuyub, şeirlər əzbərliyəcək və beləcə ilk zəngin sədası ilə yeni həyata məktəb həyatına qədəm qoyacaqlar.