A.Məmmədov adına 115 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirildi.

A.Məmmədov adına 115 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirildi. Keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, müavinləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi, məktəbin direktoru Natəvan Əsədova, məktəbin pedaqoji kollektivi,məzunlar və valideynlər iştirak etdilər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunduqdan sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə məktəbin direktoru Natəvan Əsədova, Binəqədi Rayon İcra başçısı Elxan Allahverdiyev,məzunlardan Ləman Quliyeva, valideynlər adından Kəmalə Ağayeva çıxış etdilər.

Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdi.

Tədbirdə “Bilik açarı” məzunlar tərəfindən X sinif şagirdlərinə təqdim olundu “Son zəng” çalındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi