Məktəbimizdə “Novruz gəlir” adlı tədbir keçirildi.

A.Məmmədov adına 115 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Könül Əliyeva rəhbərlik etdiyi 5d sinif şagirdlərinin iştirakı ilə “Novruz gəlir” adlı tədbir keçirdi. Tədbirdə məktəbin müəllimləri, şagirdləri və valideynləri iştirak etdilər.
Şagirdlər Novruza həsr olunmuş şeir söylədilər, səhnəciklər təqdim etdilər və musiqilər səsləndirdilər.
Tədbir milli rəqsimiz olan “Yallı” ilə sona çatdı.