23.12.2024- cü il tarixində keçirilən tədbirdə məktəbin tarix müəllimi Ülviyyə Əliyevanın rəhbərliyi ilə 115 saylı tam orta məktəbin 11 “B” sinif şagirdi Ləman Qurbanovanın qazandığı böyük uğur qeyd olundu.

23.12.2024- cü il tarixində keçirilən tədbirdə məktəbin tarix müəllimi Ülviyyə Əliyevanın rəhbərliyi ilə 115 saylı tam orta məktəbin 11 “B” sinif şagirdi Ləman Qurbanovanın qazandığı böyük uğur qeyd olundu. Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə 2024-cü ilin mart və aprel aylarında keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusundakı referat yazı müsabiqəsində Ləman Bakı şəhəri üzrə qalib adını qazanmışdır. Onun yazısı esselər toplusuna daxil edilmiş və Bakı Şəhər İcra Hakimiyyətinin nəşr etdirdiyi Heydər Əliyev haqqında kitablarda dərc olunmuşdur. Bu nailiyyət, Ləmanın bilik və bacarığının, həmçinin müəlliminin zəhmətinin parlaq təzahürüdür. Azərbaycanın gələcəyi olan belə gənclərin uğurları xalqımızın milli dəyərlərinə bağlılığını və tariximizə olan sevgisini bir daha sübut edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi