“Məktəblərdə Naxçıvan ayı” layihəsinin keçirilməsi.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli 4248 nömrəli Sərəncamının icrasından irəli gələrək Naxçıvanın yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında uşaq və gənclərin maarifləndirilməsi məqsədilə cari ilin dekabr ayı ərzində “Məktəblərdə Naxçıvan ayı” layihəsinin keçirilməsi nəzərdə tutulmuşdur.

Bununla əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq məktəbimizin tarix müəllimləri Ülviyyə Əliyeva və Sevinc Rəhimovanın rəhbərliyi, VI sinif şagirdlərinin iştirakı ilə Naxçıvanın zəngin tarixinə,mədəni irsinə və tarixi abidələrinə həsr olunmuş sənədli film nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi