Robotexnika üzrə Azərbaycan milli komandasının üzvü olan, məktəbin 3a sinif şagirdi Hüseynzadə Məhəmməd Hindistanın Yeni Dehli şəhərində gənclər və yeniyetmələr arasında keçirilən “Technoxian-2024” dünya robot çempionatının finalında ən yüksək nəticəni gö

Robotexnika üzrə Azərbaycan milli komandasının üzvü olan, məktəbin 3a sinif şagirdi Hüseynzadə Məhəmməd Hindistanın Yeni Dehli şəhərində gənclər və yeniyetmələr arasında keçirilən “Technoxian-2024” dünya robot çempionatının finalında ən yüksək nəticəni göstərərək dünya çempionu olub.
Ümumilikdə 8 komanda ilə mübarizə aparan milli komanda “RC Craft” kateqoriyası üzrə 1 qızıl, ”FPV Drone” və “Drone Soccer” kateqoriyaları üzrə isə 2 bürünc medalın sahibi olub. Ümumi ölkə sıralamasına görə Azərbaycan ən yüksək nəticə ilə dünya miqyasında birinci yeri tutub.