Məktəbin hərbi müəllimi İntiqam Məhərrəmovun rəhbərliyi, sinif rəhbərləri Sevinc Alışanova və Natəvan Bəşirzadənin təşkilatçılığı ilə X sinif şagirdləri 05.11.2024-cü il tarixində Azərbaycan Respublikasının Hərbi Tarix Muzeyinə ekskursiya etdilər.

Müəllimlərin rəhbərliyi və şagirdlərin iştirakı ilə “27 Sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü”nə həsr olunan tədbirlər davam edir.

Məktəbin hərbi müəllimi İntiqam Məhərrəmovun rəhbərliyi, sinif rəhbərləri Sevinc Alışanova və Natəvan Bəşirzadənin təşkilatçılığı ilə X sinif şagirdləri 05.11.2024-cü il tarixində Azərbaycan Respublikasının Hərbi Tarix Muzeyinə ekskursiya etdilər.

Ekskursiya gənclərimizdə hərbi vətənpərvərlik hissinin yüksəldilməsi məqsədilə təşkil olunmuşdu. Azərbaycan ordusunun tarixi qələbəsi ilə başa çatan 44 günlük vətən müharibəsində istifadə edilən silah-sursat, açıq səma altında yerləşən bir sıra eksponatlardan ibarət tanklar, piyada döyüş maşınları, təyyarələri, artilleriya silahları və s. avadanlıqlar şagirdlərdə maraq doğurdu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi