03.10.2024-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili ”çərçivəsində 2023-2024-cü tədris ilinin yekunlarına və 5 oktyabr - “Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş “Qalib Ölkənin Qalib Gəncləri” adlı Təhsi

03.10.2024-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili ”çərçivəsində 2023-2024-cü tədris ilinin yekunlarına və 5 oktyabr - “Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş “Qalib Ölkənin Qalib Gəncləri” adlı Təhsil konfransı təşkil edildi.
Təqdirəlayiq haldır ki, həmin konfransda məktəbin uğurlarına, rayonun ictimai həyatında fərqləndiyinə görə hörmətli direktorumuz Natəvan xanım Əsədova, müəllimlərdən : Nigar Abasova və Sədaqət Salmanova Fəxri Fərmanla təltif edildilər. Bundan əlavə 684 balla yüksək nəticə göstərərək BDU-nun Hüquq falultəsinə daxil olmuş məzunumuz Semral Bababəyli də Fəxri Fərman və qiymətli hədiyyə ilə təltif olundu.