01 mart 2017-ci il tarixdə Binəqədi Rayon Gənclər evində “Xəmsə” Milli İntellektual oyununun rayon mərhələsi keçirildi. Yarışda məktəb komandasının iştirakı təmin olundu. Komandanın tərkibi əsas oyunçular 5 nəfər + 1 nəfər ehtiyat oyunçudan ibarət olub. Yarışda məktəbimizi 9-10-11-ci sinif şagirdləri təmsil etdi.