“Son zəng” tədbiri.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə 14 iyun 2024-cü il tarixində Bakı şəhəri A.Məmmədov adına 115 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideyn, şagirdlər, şəhid anası və qonaqlar iştirak etdilər.
   “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndiriıməsi ilə başlandı.Sonra Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
    Tədbirdə Bakı Şəhəri Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev, AzTv-nin şöbə rəisi Fikrət Adıgözəlli , şəhid anası Sona xanım, məktəbin direktoru Natəvan xanım Əsədova ,müəllimlər, valideynlər və şagirdlər çıxış edərək məzunları təbrik etdilər, qədəm qoyacaqları müstəqil həyatda müvəffəqiyyətlər arzuladılar.
    Məzunlar hazırladıqları mahnı və rəngarəng rəqslərdən ibarət çıxışlar etdilər. Onlara dərs deyən müəllimlərə minnətdarlıqlarını bildirdilər.Kövrək hisslərlə doğma məktəbə əlvida dedilər.
    Tədbirin sonunda “Son zəng” çalındı, səmaya əlvan şarlar buraxıldı.
    Əziz Məzunlar ! Gələcək həyatınızda sizlərə uğurlar arzulayırıq ! 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi