28 May Müstəqillik Gününə həsr olunmuş "Müstəqilliyimiz əbədidir" adlı tədbir.

27.05.2024- cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Mələk Nəbiyevanın təşkilatçılığı ilə 28 May Müstəqillik Gününə  həsr olunmuş "Müstəqilliyimiz əbədidir" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikası Dövlət Himni ilə açıq elan olundu. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
   Tədbirdə müəllim Azərbaycan Cümhuriyyətinin yaranması, fəaliyyəti haqqında ətraflı məlumat verdi. Şagirdlərin hazırladığı videoçarx izlənildi, səhnəciklər göstərildi, şeirlər dinlənildi, mahnılar səsləndirildi və rəngarəng rəqslər nümayiş etdirildi.
    Tədbirin sonunda məktəbin direktoru   Natəvan Əsədova müəllim və şagirdləri təbrik etdi,  öz arzularını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi