“Açıq qapı günü” valideyn iclası.

24.02.24-cü il tarixində məktəb rəhbərliyinin, müəllimlərin və valideynlərin iştirakı ilə “Açıq qapı günü” valideyn iclası keçirildi.Məktəbin direktoru Natəvan Əsədova valideynlər qarşısında çıxış edərək bildirdi ki, məktəb rəhbərliyi, müəllim kollektivi övladlarımızın yüksək təhsil almaları, bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Valideynlərlə sıx əlaqələr yaratmağımızın da əsas məqsədi şagird və valideynlər tərəfindən yaranmış  hər hansı bir  məsələni yerindəcə həll etməkdir. Valideynlərin irad və təkliflərini dinləyib birlikdə lazımi tədbirlərin görülməsinə nəzarəti artırmaqdır.
Daha sonra direktor müavinlərinin yarım ilin yekunlarına dair hesabatları dinlənildi. Cari məsələlər müzakirə olundu. İkinci yarım ildə görüləcək işlər haqqında məlumatlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi