21 fevral - “Ana dili günü” tədbiri.

21.02.2024- cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Mələk Nəbiyeva və Yasəmən Mansurovanın təşkilatçılığı ilə 21Fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş " Ana dilimizi sevək, qoruyaq" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikası Dövlət Himni ilə açıq elan olundu. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
     Şagirdlərin hazırladığı videoçarx izlənildi, səhnəciklər göstərildi, şeirlər dinlənildi, mahnılar səsləndirildi və rəngarəng rəqslər nümayiş etdirildi.
    Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Sədyarova yazdığı şeir söylədi. 
     Tədbirdə iştirak edən Binəqədi Rayon İcra  başçısının müavini Sevinc Süleymanovanın çıxışı şagirdlər tərəfindən  maraqla qarşılandı.
    Tədbirin sonunda məktəbin direktoru   Natəvan Əsədova müəllim və şagirdlərə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi