“Xarıbülbül Qoxulu Zəfər” adlı tədbir.

07.11.2023-cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə sədri Yasəmən Mansurovanın təşkilatçılığı ilə “Xarıbülbül Qoxulu Zəfər” adlı tədbir keçirildi.
     Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu.Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Şagirdlərin hazırladıqları videoçarxlar izlənildi, şeirlər dinlənildi,vətənpərvərlik ruhunda mahnılar səsləndirildi, rəngarəng rəqslər nümayiş etdirildi və səhnəciklər göstərildi.
      Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Sədyarovanın Şuşaya həsr etdiyi şeiri maraqla dinlənildi.
      Tədbirin sonunda məktəbin direktoru Natəvan xanım Əsədova tədbirdə iştirak edən müəllim, şagird və valideyn kollektivini “Zəfər Günü” münasibətilə təbrik etdi. 

#elmvətəhsilnazirliyi #bsti #təhsilidarəsi #mekteb115

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi