Məzunlarımızın nəticələri.

Bizim təhsil ocağımız - 115 nömrəli məktəb  2022-2023-cü tədris ilinin yekunlarına görə böyük uğurlara nail olmuşdur. Belə ki, məzunlarımızın bir çoxu  DİM-in keçirdiyi qəbul imtahanlarını müvəffəqiyyətlə verərək tələbə adını qazanmışdır. Onlardan 3-ü 600-dən çox bal toplamışdır. Məktəbimiz üzrə ən yüksək nəticəni Fərid Mahmudlu göstərmişdir - 676 bal. Digər  məzunlarımızdan Nurəddin Abbasov 606, Turan  Cəfərov isə 601 bal toplamışdır. 
Bundan başqa xüsusi qeyd etmək lazımdır ki, ayrıca  bir sinfimiz  qəbul imtahanında 100% nəticə əldə etmişdir!  Belə ki, XI "C"  sinfinin  bütün şagirdləri müxtəlif ali məktəblərə qəbul olunaraq tələbə adını qazanmışlar. Digər siniflərimiz də bizi sevindiriblər. Bu siniflərdən ikisi  qəbul imtahanında 99% nəticə göstərmişdir. 
    Bu ilin yekunlarına görə qazanılan nəticələr məktəbimizin 60 illik tarixində ən yüksək nailiyyətlərdən biri kimi fərəh doğurur. Ümumiyyətlə, bizim uğurlar ötən illərlə müqayisədə  xeyli yaxşılaşmışdır. Bütün bunları Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tövsiyələri əsasında məktəbimizdə düzgün qurulan  təlim-tərbiyə işlərinin, tədris prosesinin bəhrəsi kimi qiymətləndirmək olar. Bununla bağlı məktəbimizin direktoru  Natəvan xanım Əsədovanın rəhbərliyilə bütün müəllim-pedaqoq heyətinin fədakar əməyi qeyd olunmalıdır. Bizim əsas məramımız cəmiyyət üçün layiqli və faydalı vətəndaş yetişdirməkdir . 115 nömrəli  tam orta məktəbin kollektivi  öz iş prinsiplərinə gələcəkdə də sadiq qalacaq, daha yüksək nailiyyətlər qazanmağa çalışacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi