“12 dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günü”nə həsr olunmuş tədbir.

Məktəbin illik Fəaliyyət Planına görə A.Məmmədov adına 115 nömrəli tam orta məktəbin müəllimləri Vüsalə Tağıyeva və Aygün Mirzəyevanın rəhbərliyi və 6 r, 8 r sinif şagirdlərinin iştirakı ilə “12 dekabr - Ümummilli lider Heydər Əliyevin anım günüdür !” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu.Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video izlənildi.Şagirdlərin ifasında ulu öndərə həsr olunmuş şeirlər söylənildi və musiqilər ifa edildi.
     Tədbirin sonunda məktəbin direktoru Natəvan xanım Əsədova Ümummilli lider Heydər Əliyev haqqında danışdı, şagirdlərimizə ulu öndərin kəlamlarını unutmamağı tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi