“Erkən nigaha yox !” adlı tədbir keçirildi.

Prezident İlham Əliyevin apardığı sosial, iqtisadi və hüquqi islahatlar nəticəsində insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. Uşaqların hüquqlarının daha səmərəli qorunması məqsədilə A.Məmmədov adına 115 nömrəli tam orta məktəbdə “Erkən nigaha yox !” adlı tədbir keçirildi. Tədbirdə 10 a sinif şagirdi  Fidan Ağayevanın “ Erkən nigahların qarşısının alınması” mövzusunda hazırladığı videoçarx izlənildi. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Sədyarova erkən nigahın mənfi cəhətləri haqqında maarifləndirici söhbət etdi.
       Tədbirin sonunda qarşıya qoyulan mövzu ətrafında şagirdləri maraqlandıran sualları məktəbin psixoloqu Sevil Ağayeva cavablandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi