Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 10.10.2022-ci il tarixli F-316 nömrəli əmrinə əsasən poeziya yaddaşı olan görkəmli şair Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunmuş açıq dərs keçirildi.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 10.10.2022-ci il tarixli F-316 nömrəli əmrinə əsasən poeziya yaddaşı olan görkəmli şair Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunmasına dair A.Məmmədov adına 115 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Sədyarova 5 a sinif şagirdlərinin iştirakı ilə açıq dərs keçirdi.Dərs Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu.Müəllim şair haqqında maraqlı məlumatları şagirdlərin diqqətinə çatdırdı.Şagirdlər şairin həyat və yaradıcılığından danışdılar, videoçarx izlədilər, şeirlər söylədilər, şairin sözlərinə bəstələnmiş musiqilər dinlədilər.