“Antinarkotikin təbliğatı” mövzusunda maarifləndirici tədbir.

15.11.2022-ci il tarixində A.Məmmədov adına 115 nömrəli tam orta məktəbdə “Antinarkotikin təbliğatı” mövzusunda X-XI sinif şagirdlərinin iştirakı ilə maarifləndirici tədbir keçirildi.Tədbirdə Binəqədi Rayon Polis İdarəsinin rəisinin şəxsi heyətlə işlər üzrə köməkçisi, polis mayoru Ruslan Dəmirçiyev, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi polis mayoru Natiq Teymurov, Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin rəisi Eltun İsayev iştirak etdilər.Məktəbin direktoru riyaziyyat elmi üzrə fəlsəfə doktoru Natəvan xanım Əsədova tədbir iştirakçılarını salamladı.Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbir diskussiya şəklində keçirildi.Şagirdləri maraqlandıran suallar cavablandırıldı.
Məktəbin direktoru qonaqların maraqlı söhbətlərinə görə öz minnətdarlığını bildirdi.