Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 22.09.2022-ci il tarixli F-300 nömrəli əmrinə əsasən “7-dən 77-yə qədər vətənpərvər!” layihəsinin həyata keçirilməsi məqsədilə A.Məmmədov adına 115 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi Cəmilə Sultanovanın rəh

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 22.09.2022-ci il tarixli F-300 nömrəli əmrinə əsasən “7-dən 77-yə qədər vətənpərvər!” layihəsinin həyata keçirilməsi məqsədilə A.Məmmədov adına 115 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi Cəmilə Sultanovanın rəhbərliyi və 4 b sinif şagirdlərinin iştirakı ilə “Yaşa Azərbaycan !” adlı tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı.Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.Şagirdlər şəhidlərə, vətənə aid şeirlər səsləndirdilər,rəqs və mahnılar ifa etdilər, “Azərbaycan”a aid videotəqdimat izlənildi.
Tədbir məktəbə dəvət olunan qazilər Heydər Hüseynov və Rahil Mahmudovun döyüş yolları haqqında söhbətlə davam etdi.
Tədbirin sonunda məktəbin direktoru Natəvan xanım Əsədova tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik etdi, qazilərə can sağlığı arzulayaraq öz təşəkkürünü bildirdi.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirildi.