Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 22.09.2022-ci il tarixli F-300 nömrəli əmrinə əsasən “7-dən 77-yə qədər vətənpərvər !” layihəsinin həyata keçirilməsi məqsədi ilə A.Məmmədov adına 115 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi İradə

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 22.09.2022-ci il tarixli F-300 nömrəli əmrinə əsasən “7-dən 77-yə qədər vətənpərvər !” layihəsinin həyata keçirilməsi məqsədi ilə A.Məmmədov adına 115 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Sədyarovanın rəhbərliyi ilə “Zəfər yolu” adlı tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı.Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.Şagirdlər Şuşaya, qəhrəmanlığa, şəhidlərə, vətənə aid şeirlər səsləndirdilər,rəqs və mahnılar ifa etdilər.”Qarabağa” aid videotəqdimat izlənildi.
Tədbir məktəbə dəvət olunan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad, şairlər Kəmalə Ağayeva, Rafiq Yusifoğlu,İlham Qəhrəman öz şeirlərini oxumaqla davam etdi.
Tədbirin sonunda məktəbin direktoru Natəvan xanım Əsədova tədbir iştirakçılarını Zəfər günü münasibətilə təbrik edərək, öz xoş arzularını bildirdi.Sonda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirildi.