18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Günü.

Bakı şəhəri A.Məmmədov adına 115 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nüşabə Xudiyevanın rəhbərliyi və şagirdlərin iştirakı ilə 18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunduqdan sonra Müstəqilliyə gedən yollara həsr olunmuş videotəqdimat izlənildi.Şagirdlər müstəqilliyə həsr olunmuş şeirlər səsləndirdilər və “Azərbaycan”a aid mahnılar ifa etdilər.