Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “7-dən 77-yə qədər vətənpərvər” layihəsi.

A.Məmmədov adına 115 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “7-dən 77-yə qədər vətənpərvər” layihəsi çərçivəsində ingilis dili müəllimi Mirvari Qəmbərovanın təşkilatçılığı ilə 9 R sinfinə şəhid Mustafayev Nicat Bəkir oğlunun adı verilmişdir.Müəllim və şagirdlərin iştirakı ilə təşkil olunmuş tədbirdə şəhidin valideynləri Lalə xanım və Bəkir müəllim də iştirak etmişdilər.
       Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu.Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra şəhid Nicat Mustafayevə həsr olunmuş videoçarx izlənildi.
        Məktəbin şagirdləri igid şəhidimiz haqqında danışdılar, qəhrəmanlığa aid şeir söylədilər və mahnı ifa etdilər.
        Tədbirdə şəhidin valideynləri övladları haqqında qürurla danışdılar.Şagirdlərimizə şəhidlərimiz kimi məğrur olmağı arzuladılar.
         Tədbirin sonunda şagirdlər şəhid ailəsi ilə birlikdə xatirə üçün şəkil çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi