14 iyun 2022-ci il “Son zəng” tədbiri.

Təhsil Nazirliyinin müvafiq əmri ilə 14 iyun 2022-ci il tarixində Bakı şəhəri A.Məmmədov adına 115 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirildi. Tədbirdə məktəb rəhbərliyi, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı, müəllimlər, valideynlər və şagirdlər iştirak etdilər.
    “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.Sonra Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
     Tədbirdə məktəbin direktoru Natəvan xanım Əsədova çıxış edərək, məzunları təbrik etdi, qədəm qoyacaqları müstəqil həyatda müvəfəqiyyətlər arzuladı.
      Tədbirdə məzunlar hazırladıqları mahnı və rəngarəng rəqslərdən ibarət çıxışlar etdilər.Onlara dərs deyən müəllimlərə minnətdarlıqlarını bildirdilər.Kövrək hisslərlə doğma məktəb həyatına əlvida dedilər.Tədbirin sonunda “Son zəng” çalındı, səmaya əlvan şarlar buraxıldı.
       Əziz məzunlar gələcək həyatınızda sizlərə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi