Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14.03.2022-ci il tarixli F-134 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə 15.6 bəndini rəhbər tutaraq “Şuşa ili”nə görə.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14.03.2022-ci il tarixli F-134 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə 15.6 bəndini rəhbər tutaraq “Şuşa ili”nə görə Binəqədi rayonu A.Məmmədov adına 115 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Sevinc Osmanlı rəhbərlik etdiyi 9 a sinif şagirdlərinin iştirakı ilə Cavadov Ələsgər Elxan oğlunun ailəsini ziyarət etmişdilər.Ziyarət zamanı şəhidin valideynləri məktəbin direktoru Natəvan xanım Əsədova başda olmaqla bütün müəllim , şagird və valideyn kollektivinə öz minnətdarlıqlarını bildirmişdilər.Sonra qəhrəman şəhidimizin həyatı ,döyüşlərdə göstərdiyi igidlik və şücaəti, Əsgərin ailəsinə göndərdiyi son məktub haqqında, Şuşa uğrunda gedən döyüşlərdə boğaz nahiyəsindən aldığı qəlpə yarasından şəhid olduğunu, 2020-ci il noyabr ayının 11-i Binəqədi qəsəbə qəbiristanlığında Azərbaycan Himni sədaları altında dəfn edildiyini dedilər.Ziyarət zamanı müəllim və şagirdlər şəhidin ailəsinə başsağlığı verərək,bu cür qəhrəman övlad yetirdikləri üçün valideynlərə minnətdarlığını bildirmişlər.
Müəllim və şagirdlər şəhidin ailəsi ilə birlikdə qəhrəmanımızın məzarını ziyarət etmişlər, xatirə olaraq birlikdə şəkil çəkdirmişlər.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 15 Dekabr 2020-ci il tarixli sərəncamına əsasən Cavadov Ələsgər Elxan oğlu ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.