Sinif otaqlarında ‘’Zəfərimizi əks etdirən şəkillər.’’

Şagirdlərə vətənpərvərlik ruhu aşılamaq üçün onlara Azərbaycan tarixinin şanlı dövrlərini öyrətmək vacib məsələlərdən biridir.Bu məqsədlə xalqımızın görkəmli tarixi şəxsiyyətlərinin həyatı, onların Azərbaycan naminə fədakarlıq və qəhrəmanlıqları barədə müntəzəm söhbət açmaq lazımdır. Bütün bunları elə bir tərzdə etməliyik ki, böyüməkdə olan gənc nəsil öz vətəni ilə, azərbaycanlı olmağı ilə fəxr etsin, cəmiyyətə faydalı insanlar kimi yetişsin.Bizim şagirdlər yüksək savad almaqla yanaşı mənəvi dəyərlərimizlə öyünməli, milli-mənəvi sərvəti qorumalıdırlar. Bu məqs ədlə məktəbimizin sinif qapılarının üzərinə 44 günlük müharibədə Zəfərimizi əks etdirən şəkillər vurmuşuq. Bu qəbildən növbəti tədbirlər planı hazırlanır.