Coğrafiya fənnindən açıq dərs

Məktəbdə coğrafiya fənnindən “Çaylar” mövzusunda açıq dərs keçirildi. Məktəbin coğrafiya müəllimi Ələkbərzadə Mənsumə tərəfindən keçirilən dərsdə şagirdlər çaylar haqqında məlumatlandırıldı. Müxtəlif çaylar haqqında şagirdlərin daha yaxşı məlumatlanması üçün dərsdə əyani vəsaitlərdən istifadə olundu.
Şagirdlər onlara verilən sualları qruplar şəklində cavablandırıb və test tapşırıqlarını həll ediblər.
Qarşılıqlı sual-cavab şəklində keçən dərsin sonunda şagirdlər qiymətləndirilib.