Şəhidlərin xatirəsinə həsr olunmuş futbol turniri keçirildi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "27sentyabr Anım günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər planının təsdiq edilməsi barədə" 07.09.2021-ci il tarixli F-429 nömrəli əmrinə əsasən məktəbin idman müəllimi Səbuhi İsmayılovun təşkilatçılığı ilə şagirdlər arasında şəhidlərin xatirəsinə həsr olunmuş futbol turniri keçirildi. Turnirin qalibləri məktəbin direktoru Natəvan xanım Əsədova tərəfindən diplomla təltif edildi.