Paralimpiya Çempionu Dürsədəf Kərimovanın məktəblilər ilə görüşü keçirildi

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri Ictimai birliyinin birgə imzaladığı əsasnaməyə əsasən “Çempionumuz" layihəsi çərçivəsində 15 oktyabr 2021-ci il tarixində Binəqədi rayonu 115 №-li tam orta məktəbdə “Çempionumuz” sosial idman layihəsi çərçivəsində “Cüdo” idman növü üzrə Tokio-2020 Paralimpiya Çempionu Dürsədəf Kərimovanın məktəblilər ilə görüşü keçirilmişdir.
Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Cüdo” idman növü üzrə Tokio-2020 Paralimpiya Çempionu Dürsədəf Kərimova, 115 №-li tam orta məktəbin direktoru Natəvan Əsədova və məktəbdə oxuduğu müddətdə Dürsədəf Kərimovanın sinif rəhbəri olmuş Rübabə Dəmirçiyeva iştirak etdi.
“Cüdo” idman növü üzrə Tokio-2020 Paralimpiya Çempionu Dürsədəf Kərimovanın ümumi idman nailiyyətlərindən söz etdi. Sonra isə 115 №-li tam orta məktəbin direktoru Natəvan Əsədova tədbirin mahiyyəti barəsində çıxış etdi. Sinif rəhbəri Rübabə Dəmirçiyeva isə Dürsədəf Kərimovanın məktəb illərindən məlumatlar verdi və o vaxtlardan idmana olan marağını xüsusilə vurğuladı. Yekun olaraq söz Dürsədəf Kərimovaya verildi. İştirakçıları salamladıqdan sonra idman kariyerasını, məktəb illəri haqqında təsüratlarını məktəblilər ilə bölüşdü və şagirdlərin suallarını cavablandırdı.