Şuşa sən azadsan

Bu gün 8 may - Şuşanın düz 29il əvvəl ermənilər tərəfindən işğalı günüdür. Bu 29ildə ilin hər bu günü millət olaraq yaşadıqlarımızı, duyduqlarımızı xatırlatmaq belə ağırdır.
Şükürlər olsun ki, 8may 2021-ci il Şuşanın işğalının ildönümü deyil. Şuşamız azaddır, Azərbaycanla bərabər nəfəs alır. Bizə bu qüruru yaşadan Şəhid və qazi övladlarımızın, hələ də Qarabağda dayanan əsgərlərimizin qarşısında baş əyirik.
Bu munasibətlə məktəbimizin tarix müəllimi Əliyeva Ülviyyə 6c sinif şagirdləri ilə birlikd Şuşa - Sən azadsan adlı tədbir keçirmişdir.Tədbirdə uşaqlar Şuşa şəhərinin tarixi təbiəti abidələri və mədəniyyəti haqqında məlumatlar danışmış, şeirlər söyləmişlər.