PISA Beynəlxalq Qiymətləndirmə Tədqiqatının pilot mərhələsi keçirildi

05.10.2021-ci il tarixdə PISA (Program for International Student Assessment) - Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirmə tədqiqatının pilot mərhələsi keçirildi.

Tədqiqatın pilot mərhələsinin növbəti həftəsi ərzində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təsadüfi seçimlə müəyyənləşdirdiyi paytaxtdakı 20 məktəb üzrə təxminən 1000-dən çox şagird iştirak etmişdi.

Qiymətləndirməyə məktəbimizin 59 şagirdi qatılmışdı .

Beynəlxalq qiymətləndirmə tədqiqatında şagirdlər onlara ünvanlanan sual və tapşırıqları, həmçinin sorğuları kompüter vasitəsilə cavablandırmışlar.

Qiymətləndirmə BŞTİ-nin tabeliyindəki 32 nömrəli tam orta məktəb və 220 nömrəli məktəb-liseydə təşkil olunmuşdur.

Qeyd edək ki, PISA qiymətləndirilməsi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən 3 ildən bir keçirilir. PISA şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemlərin həlli üçün istifadə etmək bacarığını ölçür.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi