"HƏR KİTAB BİR XƏZİNƏDİR"ADLI LAYİHƏYƏ START VERİLİB

         UNESKO-nun qərarına əsasən, hər il aprel ayının 23-ü beynəlxalq səviyyədə “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” kimi qeyd edilir.

Bu məqsədlə Bakı Şəhəri üzrə Təhsil İdarəsi mütaliəyə diqqətin artırılmasını nəzərdə tutan “Hər kitab bir xəzinədir” sosial layihəsinə start verir.

         Layihənin keçirilməsində məqsəd oxu vərdişlərinin təkmilləşdirilməsi, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.

Layihədə iştirak qaydaları ilə tanış ola bilərsiniz:

➢ Layihədə məktəblilər, valideynlər və pedaqoji işçilər iştirak edə bilər;

➢ İştirakçı oxuduğu kitabdan bəyəndiyi sitatı oxuyaraq videoya çəkməli və #HərKitabBirXəzinədir həştəqi ilə 16-30 aprel tarixlərində Facebook sosial şəbəkəsində paylaşmalıdır;

➢ İştirakçı videonun əvvəlində oxuduğu kitabın adını və müəllifini qeyd etməlidir;

➢ Video 1 dəqiqədən artıq olmamalıdır;

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi