15 sentyabr Bilik Günü

Bu gün bütün ölkəmizdə olduğu kimi Bakı şəhəri Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbdə də karantin qaydalarına uyğun olaraq yeni dərs ilinə başlanıldı.
Məktəbin direktoru Natəvan Əsədova yeni dərs ili münasibətilə şagirdləri və müəllimləri təbrik edərək bildirdi ki,
təhsil müəssisəsində mövcud karantin qaydalarına riayət olunaraq şagird və müəllimlərin məktəbə daxil olmamışdan əvvəl temperaturu ölçülür, əlləri xüsusi məhlulla dezinfeksiya edilir, məktəblilərin təhlükəsiz məsafədə oturmaları və müəyyən qaydalara əməl etməsi diqqət mərkəzində saxlanılır.