Yüksək bal toplayan şagirdimiz

14 sentyabr 2020-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında M.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən orta məktəblərdə yüksək bal toplayan məzunlarla pandemiya şərtlərinə uyğun şəkildə görüş keçirilmişdir. Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov da iştirak etmişdir.
Görüşü giriş sözü ilə açan Yeni Azərbayan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov “Bilik günü” münasibəti ilə bu il tələbə adını qazanan məzunları və məktəbin kollektivini təbrik etdi, yeni tədris illində onlara uğurlar arzuladı .
Ali məktəblərə qəbul zamanı 642 bal toplayaraq tələbə adını qazanmış 115 № li tam orta məktəbin məzunu Cahangirli Emil Elnur oğlunazərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov və Yeni Azərbayan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov tərəfindən qiymətli hədiyyələr təqdim olundu.