Heydər Əliyevin 93 illiyinə həsr edilmiş sərgi keçirildi
06.05.2016-cı ildə 194 saylı orta məktəbin yaradıcılıq mərkəzində Heydər Əliyevin 93 illiyinə həsr edilmiş sərgi keçirildi. Sərgidə Bakı şəhəri üzrə məktəb şagirdlərinin əl işləri sərgiləndi. 115 saylı tam orta məktəbin direktoru Məsud Babayev başda olmaqla müəllimlər və şagirdlər bu sərgidə yaxından iştirak etdilər. Əmək təlimi müəllimi Mollayeva Könülün bacarıqlı şagirdlərinin gözoxşayan işlərini sərgidə görmək mümkün idi.