21Fefvral Beynəlxalq Ana Dili Günü

20.02.2020-ci il tarixdə məktəbdə Azərbaycan dili və ədəbiyyat fənn metodbirləşməsinn sədri Nəzakət Cəfərovanın təşkilatçılığı ilə 21Fefvral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "Ana dilimizi qoruyaq" adlı ədəbi-bədii gecə keçirilmişdir. Dövlət Himni səsləndikdən sonra Nəzakət Cəfərova insanın mənəvi aləminin zənginləşməsində, dünyağörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayan millii-mənəvi dəyərlərimizdən olan ana dilimizin tarixi keşməkeşli yolundan, onun qorunaraq gələcək nəsillərə çatdırılması üçün çox işlərin görulməsi haqqında çıxış edərək tədbiri açıq elan etdi. Daha sonra şagirdlərin ifasında görkəmli şair və yazıçılarımızın ana dili haqqında yazmış olduqları əsərlərdən nümunələr səslənmiş. Tədbirdə TDM-nin baş metodisti Tahirə Qədimova, bölmə müdiri Könül Təhməzova, TDM-nin əməkdaşları Sədaqət Məmmədova, Səkinə Hüseynova, məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak etmişdi. Tədbirin sonunda çıxış edən Tahirə Qədimova şagirdlərə uğurlar arzulayaraq, tədbirin hazırlanmasında əməyi olan hər bir kəsə öz təşəkkürünü bildirmişdi.