"Bullinqə yox deyək!" maarifləndirici tədbir
Noyabrın 26 - da "Məktəbin illiki fəaliyyət planı" na əsasən nömrəli tam orta məktəbdə V- VIII sinif şagirdlərinin iştirakı ilə "Bullinqə yox deyək!" maarifləndirici tədbir keçirildi. Tədbirdə şagirdlərə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilmiş "Mənimlə danış" kampaniyasının videoçarxı, bullinq mövzusunda təqdimat nümayiş olundu. Məktəbin psixoloqu Nağıyeva Ruhiyyə bullinq davranışı, təsiri, qarşısının alınması haqqında söhbət açdı. TTİDM Ələskərova Nailə "Uşaq hüquqları" haqqında məlumat verdi. UBR İsmayılova Məlahət mövzu ilə bağlı danışdı. Şagirdlər fəal iştirak etdilər, fikir mübadiləsi keçirildi.