Nümunəvi dərs
"Məktəbin illik fəaliyyət planı" na əsasən "Mən sağlam böyüyəcəm" başlığı altında şagirdlərə həyat bilgisi, fiziki tərbiyə və texnologiya dərslərinə maraq hissini aşılamaq məqsədilə nümunəvi dərslər davam edir. Oktyabrın 25 - də məktəbin ibtidai sinif müəllimi Hacıyeva Pərvin 4 "B" sinfində "Sağlam qıda" mövzusunda dərs təqdim etdi. Dərs müddətində şagirdlərin müxtəlif meyvələrdən hazırladıqları maraqlı əl işləri də nümayiş olundu.