"Gigiyena sağlamlığın əsasıdır" mövzusunda psixoprofilaktik iş
Sentyabrın 17 - də məktəbdə psixoloq Nağıyeva Ruhiyyə ibtidai siniflərdə "Gigiyena sağlamlığın əsasıdır" mövzusunda psixoprofilaktik iş aparıb. Şagirdlərə gigiyena qaydaları haqqında məlumat verildi. Partada düzgün oturmağın əhəmiyyəti haqqında söhbət açdı. Məqsəd onurğada patoloji əyriliklərin qarşısını almaq, sağlamlığı qorumaqdır.