"Hüquqlarımız qorunur" mövzusunda psixoprofilaktik iş
Mayın 29 - da məktəbdə IX-XI sinif şagirdlərinin iştirakı ilə "Hüquqlarımız qorunur" mövzusunda psixoprofilaktik iş aparılıb. Məktəbin psixoloqu Nağıyeva Ruhiyyə "Uşaq Hüquqları Konvensiyası" , uşaqların müdafiəsi haqqında şagirdlərə məlumat verdi. Şagirdlər mövzu ilə bağlı çıxış etdilər, fikir mübadiləsi aparıldı. Təqdimat nümayiş olundu.