Torpaq çərşənbəniz mübarək!!!
Bu gün Novruz çərşənbələrinin sonuncusu - Torpaq çərşənbəsidir. Xalq arasında “yer çərşənbəsi”, “ilaxır çərşənbə” və ya “torpaq çərşənbəsi” adı ilə tanınan bu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. İnanca görə, torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Bu çərşənbə öz xüsusiyyətlərinə və Novruz bayramına yaxın olduğuna görə daha çox sevilir və seçilir.Bu gözəl gündə Suraxanı rayon Atəşgah məbədində böyük tədbir keçirilib...