"Sağlam ailə-sağlam gələcəyin təminatıdır!" mövzusunda tədbir
Mayın 15 - də məktəbdə "15 may- Beynəlxalq Ailə Günü" nə həsr olunmuş "Sağlam ailə-sağlam gələcəyin təminatıdır!" mövzusunda tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Novruzova Ceyran, TTİDM və STS metodisti Nurullayeva Elfira, TTİDM Ələskərova Nailə, məktəbin psixoloqu Nağıyeva Ruhiyyə, sinif müəllimləri, valideynlər iştirak etmişdirlər. Tədbirin 1-ci hissəsində 3"A", 3"B", 3"C" STS -nin şagirdləri mövzuya aid şeir kompozisiyasını təqdim etdilər, rəqs etdilər. Tədbirin 2-ci hissəsi valideynlərlə dəyirmi masa formasında keçirildi. Məktəbin psixoloqu Nağıyeva Ruhiyyə ailədə müsbət psixoloji iqlimin vacibliyini, cəmiyyət üçün sağlam düşüncəli, sağlam əxlaqlı insanların yetişdirilməsi ailədən başladığını qeyd etdi.Ailədə qarşılıqlı məsuliyyət hissinin, gözəl ünsiyyətin vacibliyini vurğuladı. Təqdimat nümayiş olundu. 3"A" sinif müəllimi Axundlu Pərvanə ailə dəyərləri haqqında danışdı. 3"B" sinif müəllimi Hacıyeva Pərvin valideyn- övlad münasibətlərin düzgün qurulması haqqında çıxış etdi3"C" sinif müəllimi Məlikova Pərvanə uşaqların hüquqlarından söhbət açdı. Valideynlər mövzu ilə bağlı öz fikirlərini söylədilər, fikir mübadiləsi keçirildi. Tədbirin sonunda xatirə şəkilləri çəkiıdi.