Valideynlərlə görüş
"Məktəbin illik fəaliyyət planı" na əsasən məktəb müdiriyyətinin valideynlərlə görüşü davam edir. Mayın 10 - da 9 "B" sinif valideynləri ilə növbəti görüş keçirildi. Görüşün məqsədi valideynləri qarşıdakı buraxılış imtahanının ikinci mərhələsi barədə məlumatlandırmaq, birinci mərhələdə zəif nəticə göstərən şagirdlərin valideynləri ilə söhbət aparmaq idi.