"Emosional sabitlik və şəxslərarası münasibətlər" mövzusunda psixoprofilaktik iş
Mayın 7 - də məktəbdə VII sinif şagirdlərinin iştirakı ilə "Emosional sabitlik və şəxslərarası münasibətlər" mövzusunda psixoprofilaktik iş aparılıb. Məktəb psixoloqu Nağıyeva Ruhiyyə insanın emosional, psixi sağlamlığın önəmli olduğunu qeyd etdi. Şəxsləarası münasibətlərdə dostluq, etibar, məsuliyyət keyfiyyətlərinin vacib olduğunu vurğuladı. Psixoloq və sinif rəhbəri şagirdlərə tövsiyə verdilər. Şagirdlər mövzu ilə bağlı öz fikirlərini bildirdilər.