"Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadası" nın ilk turu-məktəbdaxili mərhələsi
Mayın 4-də məktəbdə "Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadası" nın ilk turu-məktəbdaxili mərhələsi keçirildi. Olimpiadada məktəbin V-VI sinif şagirdləri iştirak etdi. Bilik yarışı bütün məktəblərdə olduğu kimi məktəbimizdə də saat 09:00-da başlayaraq 10:30-da bitdi. Məktəbdaxili mərhələdə şagirdlər 1 saat yarım vaxt ərzində bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinə aid 25 test sualını cavablandırdılar. İlk turda uğur əldə edən məktəblilər olimpiadanın final mərhələsinə vəsiqə qazanacaqlar.