"Ailənin vəzifələri" mövzusunda dəyirmi masa
Aprelin 30 - da məktəbdə VII sinif şagirdlərinin iştirakı ilə " Beynəlxalq Ailə Günü" nə həsr olunan " Ailənin vəzifələri" mövzusunda dəyirmi masa keçirildi. Məktəbin psixoloqu Nağıyeva Ruhiyyə ailənin mill i- mənəvi xüsusiyyətləri haqqında söhbət açdı. Ailədə qarşılıqlı məsuliyyət, tərbiyə, təsərrüfat- iqtisadi, emosional funksiyaları haqqında məlumat verdi. Şagirdlər mövzu ilə bağlı çıxış etdilər, fikir mübadiləsi keçirildi.