Dərsdinləmələr davam edir
Aprelin 24 - də məktəbin 2"B" sinfinin musiqi dərsində müşahidə aparılıb. Şagirdlər ritm, musiqi alətləri mövzusunda təqdimatlar hazırlayıb çıxış etdilər. Sərbəst, heç bir psixoloji gərginlik olmadan öz fikirlərini bildirdilər. Sinif müəllimi Əhmədova Könül şagirdlərə müxtəlif musiqi alətləri haqqında məlumat verdi.