"7 aprel - Ümumdünya sağlamlıq Günü" nə həsr olunmuş tədbir

Aprelin 5 - də məktəbdə STS -nin iştirakı ilə "7 aprel - Ümumdünya sağlamlıq Günü" nə həsr olunmuş "Biz sağlam həyat tərzi seçirik!" adlı psixoprofilaktik tədbir keçirildi. Tədbirdə layihənin psixoıoji blokun rəhbəri Bunyatova Aynur, sosioloji blokun rəhbəri Nigar Şahhüseynbəyova, STS metodisti Nurullayeva Elfira, layihənin həkimi Əlizadə Aynur iştirak etdilər. Məktəbin direktoru Novruzova Ceyran psixoprofilaktik tədbirin əhəmiyyətini qeyd etdi. Məktəbin psixoloqu Nağıyeva Ruhiyyə sağlam həyat tərzinin şərtləri haqqında danışdı. Təqdimat nümayiş olundu. İnteraktiv formada keçən tədbirdə şagirdlər fəal çıxış etdilər, öz fikirlərini söylədilər.  Düzgün qidalanma ilə bağlı layihənin həkimi Əlizadə Aynur çıxış etdi. Layihənin psixoloji blokun rəhbəri Aynur Bunyatova və sosioloji blokun rəhbəri Nigar Şahhüseynbəyova mövzu ilə bağlı çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi